Search
51155

Unibankdan bayram rejimi

Mayın 10-da Unibankın bütün paytaxt və bölgə filialları (“Baksovet” və “Dərnəgül” filialları istisna olmaqla) müştərilərinin xidmətində olacaq. 

Səhər saat 09.00-dan 17.00-dək müştərilər Unibank filiallarında bütün bank xidmətlərindən istifadə edə bilərlər. Mayın 9-u isə qeyri-iş günü olduğu üçün bank filialları işləməyəcək.

Unibank hazırda 36 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Bank filialları müştərilərə həftənin 6 günü nahar fasiləsiz xidmət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir