Search
ykb

“YapiKredi”nin reytinqləri aşağı salındı

Beynəlxalq reytinq təşkilatı “Moody’s Investors Service” tərəfindən, İtalyanını “UniCredit SpA” bankının da ortaq olduğu “Yapi & Kredit Bankı A.Ş.”nin (YapiKredi) kredit reytinqini aşağı salıb.

“Marja” xəbər verir ki, “Moody’s Investors Service” “YapiKredi”nin qlobal yerli valyuta (GLC) üzrə depozit və xarici valyutada (FC) borc (istiqraz) reytinqini “Baa2”dən “Baa3”-ə salıb. Bundan başqa Bankın subordinasiya borcu üzrə reytinqi  “Ba1”dən “Ba2”-yə, ortamüddətli qlobal istiqraz reytinqi “(P)Baa2”dən “(P)Baa3”ə, milli pulda reytinqi isə  “Aa3.tr”dən “A1.tr”yə endirilib.

“YapiKredi”nin reytinqləri “UniCredit”in reytinqlərinin aşağı salnmasının ardınca endirilib.

“Moody’s” 2011-ci ildə “YapiKredi”nin reytinqlərini “Baa1”dən “Baa2”yə endirmişdi.

Qeyd edək ki, Martın ortalarından  Moody’s 10 Türkiyə bankını o cümlədən “YapiKredi” bankını reytinqini endirmək üçün izləməyə başlamışdı. Agentlik yaydığı açıqlamada, Türkiyədə  bank  sisteminin qarşıdakı  12-18 ay ərzində  böyüməsinin yavaşlayacağını, Türk bankları üçün borc götürməyin bahalaşacağını və siyasi risklər səbəbindən çətinliklər ilə üzləşəcəklərini bildirmişdi. Bundan başqa Türk banklarındakı qiymətli kağızlarn  keyfiyyətinin və gəlirliliyin zəifləyəcəyi bəyan edilmişdi.

Qeyd edək ki, Azərbaycanda da 100% Türk sərmayəsi ilə  “Yapı Kredi Bank Azərbaycan” QSC fəaliyyət göstərir.

Mənbə: marja.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir