Search
UNI Bank

“Moody’s” Unibanka “pozitiv” qiymətini verib

“Moody’s Investors Service” Beynəlxalq agentliyi “Unibank” ASC-nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını “pozitiv”ə qədər yüksəldərək, bir daha Bankın uzunmüddətli öhdəliklər reytinqini “B2” səviyyəsində təsdiqləyib. Bankın maliyyə dayanıqlılığı reytinqini isə agentlik “E+” səviyyəsində dəyərləndirib. Bu barədə “Marja”ya Bankdan bildirilib.

Beynəlxalq  agentliyin reytinq proqnozunu yüksəltməsinə səbəb, bankın yaxşı kapitallaşması və təkmilləşdirilmiş gəlirliyidir. Agentlik ekspertlərinin rəyinə görə, Unibank son illərdə  sağlam aktivlərin keyfiyyətini daha da artırıb və möhkəm gəlirliliyə nail olub. Çoxsahəli maliyyə profili, girovsuz istehlakçı kreditlərinin yüksək artımı və  pərakəndə müştərilərin françayzinqinin aktivliyi Moody’s agentliyinin Unibankla bağlı reytinq proqnozlarının “stabil”dən “pozitiv”ə yüksəltməsinə səbəb olub. “Moody’s” ekspertləri təsdiq edirlər ki, Bank reytinqinin daha da yüksəlməsi imkanları, gələcəkdə əsas maliyyə göstəricilərini davamlı yaxşılaşdırmaq iqtidarında olmasından asılıdır.

Xatırladaq ki, bu günlərdə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də “Unibank” KB ASC-nin uzunmüddətli reytinqini   B  “stabil” səviyyəsindən  B “pozitiv”ə yüksəldib.

Mənbə: marja.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir