Search
dgk

Xaçmaz Gömrük İdarəsindən növbəti uğurlu əməliyyat

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

Belə ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda İran İslam Respublikasından gələn və Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Ukraynaya getmək istəyən 90 ZV 438/ 99ZC 154 nömrəli yük avtomobili saxlanılıb.

Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin avtomobilə baxış zamanı 450 kq narkotik vasitə – heroin aşkar olunaraq götürülüb.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir