Search
VTB_Bank_Logo_Albom_110712

Bank VTB (Azərbaycan) ASC kredit portfelini 2,4 dəfə artırıb

Bank VTB (Azərbaycan) 2014-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlamışdır. Trend-in məlumatına görə, bankın 2014-cü il martın 31-nə olan kredit portfeli 194,4 mln manat təşkil etmişdir. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Həmçinin, cari ilin müvafiq dövründə istehlak kreditlərinin həcmi 93,7 mln manata çatmışdır ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Cümə axşamı bankdan daxil olan məlumata görə, əhalinin əmanətləri 5,451 mln manat təşkil etmişdir, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 63% çoxdur. Bankın məcmu kapitalı 3 dəfə artaraq 46,084 mln. manat olmuşdur, habelə nizamnamə kapitalı 50,815 mln manat təşkil edir. 2014-cü ilin 1-ci rübü üzrə Bankın gəlirləri 10,611 mln. manat olmuş və ötən ilin müvafiq doru ilə müqayisədə 3 dəfə artmışdır.
Bank VTB (Azərbaycan) ASC-nin aktivləri 2013-cü ilin analoji dövri ilə müqayisədə 2,1 dəfə artmış və 205,4 mln. manata çatmışdır.
Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir