Search
photo_20862

Bitkilərdən yanacaq hazırlanacaq

Alimlər hesab edirlər ki, bitkilərdən, daha dəqiq desək, yaşıl yosunlardan yanacaq hazırlamaq mümkündür.

Botryococcus braunii adlı yosunların tərkibinə yanacaq materialları istehsal etməyə imkan verən zülal daxildir. Bu bitkini benzin, ağ neft və dizel yanacaqlarının hazırlanmasında istifadə etmək olar. Botryococcus braunii yosunu suda istənilən temperaturda yetişir. Alimlərin üzləşdiyi yeganə problem isə yosunların alışqan maddələri məhdud miqdarda istehsal etməsidir.

Tədqiqatlar göstərdib ki, “likopaoktan sintaza” genini nəzarətdə saxlayan zülal karbohidrogenlərin yaranma səviyyəsini tənzimləyir. Bu geni istənilən bitkilərə tətbiq edərək, bioloji yanacağın hazırlanmasını əhəmiyyətli dərəcədə artırmaq olar.

Bu problemin həlli məqsədiylə tədqiqatçılar bitkinin məhsuldarlığını artırmaq üçün mexanizm axtarıblar. Nəticədə alimlər sözügedən bitkidən zülalın yaranmasına səbəb olan “likopaoktan sintaza” adlı geni ayıraraq, onu bütün bitkilərə tətbiq ediblər.

Mənbə: Trend

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir