Search
unibank

UNİBANK – təqaüdlü “GƏNC İNNOVATORLAR” liderlik proqramı

Azərbaycanın ən aparıcı banklarından olan Unibank, ali məktəblərdə, informatika texnologiyaları yönümlu ixtisaslar üzrə təhsilini təzə başa vurmuş və ya yuxarı kurs tələbələrinə,proqramlaşdırma sahəsində təcrübə əldə etmək və işləmək imkanı yaratmaq məqsədi ilə stependial proqram elan edir.

Proqrama qoşulma şansı əldə etmək üçün 1 iyun  2014 -cü il tarixinədək younginnovator@unibank.az  elektron  ünvanına  CV-nizin göndərilməsi tələb olunur.

İlkin yoxlama yazılı imtahan və fərdi müsahibə vasitəsi ilə aparılacaq.

İlkin yoxlamanı müvəffəqiyyətlə keçmiş gənclər, proqrama qoşulmuş olacaqlar  və 3 ayadək müddət ərzində bankda  ixtisaslaşma keçəcəklər. İxtisaslaşmanı müvəffəqiyyətlə bitirmiş stependiantlara  bankda iş təklifi olacaq.

Təqaüdün məbləği stependiantın biliklərindən asılı olaraq  400 AZN müəyyən edilib.


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir