Search
birja

Bakı Fond Birjasında “AFB Bank”ın səhmlərinin yerləşdirilməsinə başlanılır

 

 

 

 

 

 

Martın 12-dən Bakı Fond Birjasında (BFB) “AFB Bank”ın 10 milyon manat məbləğində səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayır.

Birjadan Trend-ə verilən məlumata görə, emissiya prospekti hər birinin nominal dəyəri 1109 manat olan 9 min səhmdən ibarətdir.

Məlumatda deyilir ki, bank səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı BFB-yə müraciət edib.

Yerləşdirmənin anderrayteri qismində “Texnika Kapital Menecment” MMC çıxış edir.

Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 59,72 milyon manata çatacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir