Search
turan-bank

“TuranBank”ın məcmu kapitalı il ərzində 22 faiz artıb

2014-cü il sentyabrın 1-nə “TuranBank”ın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 17,4%, ötən ilin sonu ilə müqayisədə isə 13,9% artaraq 278,3 mln. manat təşkil edib.

Hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə 12%, ötən ilin sonu ilə müqayisədə isə 14% artaraq 203,2 mln. manata çatıb.

Cari ilin avqust ayının sonuna bankın müştəri hesabları və depozit portfeli 137,5 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 21% artaraq 66,8 mln. manat olub.

1 sentyabr 2014-cü il tarixinə bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıb. Hesabat dövründə bankın məcmu kapitalı ötən ilin sonu ilə müqayisədə 13%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 22% artaraq 54,4 mln. manat təşkil edib.

2014-cü ilin yanvar-avqust ayı üzrə fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 21,401 mln. manat, xərcləri isə 16,418 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans mənfəəti 4,983 mln. manat olub.

“TuranBank”ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından,https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat mərkəzindən əldə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir