Search
turan_bank_logo_040313_1_0

TuranBankın aktivləri 16,6% artmışdır

2014-cü ilin iyul ayının 1-nə TuranBankın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 16,6%, ötən ilin sonu ilə müqayisədə isə 15,3% artaraq 281,7 mln. manat təşkil etmişdir. Hesabat tarixinə Bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə isə 12% artaraq 199,2 mln. manata çatmışdır.

Cari ilin iyun ayının sonuna Bankın müştəri hesabları və depozit portfeli 140,3 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 25,6% artaraq 65,1 mln. manat təşkil etmişdir.

1 iyul 2014-cü il tarixinə Bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,5% artmışdır. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin sonu ilə müqayisədə 4,9%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 20,8% artaraq 53 mln. manat təşkil etmişdir.

2014-cü ilin yanvar-iyun ayı üzrə fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 15,7 mln. manat, xərcləri isə 12,1 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın balans mənfəəti 3,6 mln. manat olmuşdur.

TuranBank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank, “Muştuluq” aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün “Kiçik Həcmli İstehlak”, “Müəllim”, “Səhiyyə”, “Hərbçi” və “Təqaüdçü” kreditlərinin illik faizlərini 9% endirmişdir. Bundan başqa, adı çəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə TuranBank, Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçridiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.

TuranBank, “Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Contact, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 19 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir