Search
Eldar Ismayilov - ABA

Azərbaycanda İnkişaf Bankı yaradılır

“Güman edirik ki, “Azərbaycan İnvestisiya Şirkəti” MMC (AİŞ) və İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) özlərinin ilkin vəzifələrini yerinə yetiriblər. Perspektivdə bu qrumlar birləşdirilə bilər”

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Eldar İsmayılov deyib.

“SKMF  mikro, kiçik və orta biznesə oriyentasiyalı olduğu halda, AİŞ – əvvəllər bankların maliyyələşdirə bilmədiyi, faktiki olaraq iri infrastruktur (milli) layihələrə dəstəyə yönəldilmiş investisiya fondudur. Hər iki fondun bank sektorunu dolayısı ilə inkişaf etdirməyi stimullaşdırmaq vəzifəsi var idi ki, bu sektor həmin fondların vəzifələrini müstəqil olaraq həll edə bilsin. Bu gün bankların hələ də dövlət investisiya fondları kimi uzunmüddətli ucuz vəsaitlərə malik olmadıqlarına baxmayaraq, artıq 5-6 kommersiya bankı vardır ki, onlar hətta milli səviyyədə layihələri maliyyələşdirmək qabiliyyətindədir. AİŞ-in və SKMF missiyasını faktiki olaraq yerinə yetirilmişdir və onların statusu və fokusu dəyişə bilər. Zənnimcə, Azərbaycan İnvestisiya Şirkəti və Sahibkarlığa Yardım Milli Fondu, misal üçün, Dövlət investisiya bankında və ya Almaniyanın KfW inkişaf bankı kimi Azərbaycan inkişaf bankı və ya başqa ölkələrin bu tip bankları kimi birləşə bilər. Yəqin ki, bu, qanunvericilik rejiminin təzələnməsini və yeni normativləarin tətbiqini tələb edəcək. Lakin bu yol ən perspektivli görünür”, – deyə İsmayılov qeyd etmişdir.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev özəl bankları daha çox real sektoru maliyyələşdirməyə dəvət etmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir