Search
71086_0

“DəmirBank”da təcrübəçi

DəmirBank ASC Marketinq Departamentinə təcrübəçiləri seçim prosesinə dəvət edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

 Reklam planlarının, kampaniyalarının və tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
 Reklam və ictimaiyyətlə əlaqələr sahəsində kreativ reklam və dizayn ideyalarının hazırlanmaq və tətbiq etmək;
 Qəbul olunmuş marketinq araşdırmaları planına uyğun olaraq bazar araşdırmalarının aparılmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarının, onların bazar qiymətlərinin və muştəri qruplarının müəyyənləşdirilmək;
 Rəqiblərin araşdırılmaq, bazarın vəziyyətinə uyğun təkliflər vermək;
 Marketinq araşdırmaları nəticəsində əldə olunmuş məlumatların təhlil etmək, analitik hesabatlarını hazırlamaq;
 Sosial şəbəkələr və digər kommunikasiya kanalları üzrə reklamları yenilənmək;
 Marketinq aktivliklərin nəticələrinin təhlil etmək və hesabat hazırlanmaq.

Namizədə qarşı tələblər:

 Ali təhsil (Marketinq və Biznes sahəsi üzrə ali təhsil olanlara üstünlük verilir);
 Analitik təhlil qabiliyyəti olmalı;
 Stres altında işləməyi bacarmalı;
 Azərbaycan və ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığına malik olmalı;
 Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının sahib olmalı;
 Məlumatlandırma, detallara diqqət, peşəkarlıq və təzyiq altında işləmək bacarığının malik olmalı;
 Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 12 aprel 2016-ci il tarixinədək öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Marketinq Departamentinə “Təcrübəçi mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir