Search
TuranBank

TuranBank-ın aktivləri il ərzində 16 faizə yaxın artıb

2014-cü ilin may ayının 1-nə TuranBank-ın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 15,7%, ötən ilin sonu ilə müqayisədə isə 8,9% artaraq 266,1 mln. manat təşkil edib.

Hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə isə 10,1%, cari ilin əvvəli ilə müqayisədə isə 5,5% artaraq 187,3 mln. manata çatıb.

Cari ilin aprel ayının sonuna bankın müştəri hesabları və depozit portfeli 128,2 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 33,2% artaraq 64,6 mln. manatı keçib.

1 may 2014-cü il tarixinə bankın nizamnamə kapitalı 44 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7% artıb. Hesabat dövründə bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə isə 34,9%, ötən ilin sonu ilə müqayisədə 0,4% artaraq 51 mln. manat təşkil edib.

Bankın nizamnamə kapitalının strukturu ümumilikdə 28 səhmdar olmaqla – 6 hüquqi (29,11%) və 22 fiziki şəxsdən (70,89%) ibarətdir. Ötən ilin sonu TuranBank-ın səhmlərinin 3028 ədədini əldə edən ABŞ-da idarə olunan “ShoreCap II Ltd.” Fondu 7,45% payla bankın səhmdarları sırasına qatılıb. Bankın yeni səhmdarının əsas fəaliyyəti Asiya və Afrika qitələrinin inkişaf etməkdə olan ölkələrində fəaliyyət göstərən banklara, mikromaliyyə institutlarına və qeyri-bank maliyyə təşkilatlarına investisiya qoyuluşlarıdır.

2014-cü ilin yanvar-aprel ayları üzrə fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 10,1 mln. manat, xərcləri isə 7,7 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans mənfəəti 2,4 mln. manat olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir