Search
15f5e7e2dce06f8cbdaf36fd77bb8c40_XL

“TBC Kredit” BOKT Sumqayıtda filial açıb

“TBC Kredit” BOKT Sumqayıtda filial açıb.

Bu barədə təşkilatın məlumatında deyilir.

Filialda istehlak, ipoteka kreditləri verilir, kiçik və orta biznes kreditləşdirilir.

“Bu günədək “TBC Kredit” Sumqayıtda yalnız kiçik və orta biznesin kreditləşməsi sahəsində ixtisaslaşmış kiçik bir nümayəndəliklə təmsil olunurdu. İndi isə Sumqayıt sakinlərinə tam kredit məhsulları spektrimizi təqdim etməyə şadıq. Əminik ki, bizim biznesin idarə edilməsinə tətbiq etdiyimiz yanaşma və göstərdiyimiz xidmət bazarda layiqli rəqabət yaradacaq”, – deyə məlumatda “TBC Kredit”in direktoru David Kuquradzeyə istinadən bildirilir.

“Bu il “TBC Kredit“ həmçinin regionda özünün ilk filialını açmağı planlaşdırır. Nəzərdə tutulan inkişaf strategiyasına uyğun olaraq BOKT bütün Azərbaycanda şəbəkənin genişlənməsini planlaşdırır. Hazırda Bakı və Sumqayıtda 5 filial və nümayəndəlik fəaliyyət göstərir”, – deyə məlumatda qeyd edilir.

“TBC Kredit” 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir və respublikanın ən iri BOKT-larından biridir. 2007-ci ilin dekabrından şirkətin 75%-i Gürcüstanın aparıcı banklarından olan “TBC Bank”a, 25%-i “Enklud LTD”yə (əvvəllər “ShoreBank International Ltd” adlanırdı) məxsusdur.

Mənbə:İnterfax.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir