Search
16336822

Azərbaycanda 10 milyona yaxın mobil nömrə var

2013-cü ilin nəticələrinə əsasən, Azərbaycanda 9 mln. 720,6 min mobil nömrə var.

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nömrələrdən 7 mln. 957,8 mini aktiv, 1 mln. 762,6 mini isə passivdir.

Hazırda orta hesabla “Azercell Telekom” şəbəkəsində mobil nömrələrin sayı 4,5 mln. (2,2% artıb), “Bakcell” şəbəkəsində 2,8 mln. (7,1% artıb), “Azerfon” şirkətinin şəbəkəsində isə 2,4 mln. (16% artıb) təşkil edir.

Bazar payı “Azercell Telekom”-un 46,3%, “Bakcell”in – 28,8%, “Azerfon”un isə 24,7% təşkil edir.

Mənbə: Apa




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir