Search
lider

Tarix olmuş 10 ən böyük lider

Qədim dövrlərdən bəri cəmiyyət bir çox bacarıqlı liderlər tərəfindən idarə olunub.Belə liderlər insanların yeni və daha müasir dünyada yaşamaları üçün böyük səy göstərmişlər.Uzun zaman keçməsinə,idarəetmə üsulları və metodlarının dəyişməsinə baxmayaraq,  bu liderlərin cəmiyyətə qatdığı töhfələr unudulmur və onların idarəetmə üsulları hələ də sıradan çıxmır.Aşağıda tarixin ən  böyük liderləri və onları nəyin mükəmməlləşdirdiyi haqda məlumat var :

 

Mahatma Qandi

Daha çox Mahatma Qandi kimi tanınan Mohandas Karamchand Gandhi Londonda hüquq fakültəsini bitirdikdən sonra Hindistanda müstəmləkə əsarətinə qarşı mübarizənin mühüm hissəsinə çevrilib.O, 1947-ci ildə öz ölkəsinin azadlıq qazanmasına nail olduqda, onun vətəndaş itaətsizliyi vasitəsilə etiraz və zorakılığa qarşı olan siyasəti müvəffəqiyyət qazandı.Onun əsas xüsusiyyətləri güclü biliyi, yenilikçiliyi, problemlərə motivasiya yönümlü yanaşması və s.-dir.


Corc Vaşinqton 

Amerika Birləşmiş Ştatlarının bani atası kimi tanınan Corc Vaşinqton, Amerika İnqilabının lideri və ABŞ-ın ilk prezidenti olmuşdur.O, 200 il sonranı belə görməyi bacaran həqiqi uzaqgörən insan idi.Vaşinqtonu mükəmməl lider edən onun uzaqgörənliyi,strateji planlaşdırması,ehtiyatlılığı və insanları müvəffəqiyyətə doğru aparmaq bacarığı idi.

Avraam Linkoln

Zamanın ən məşhur liderlərindən biri və Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkoln olmuşdur.O, Amerika Vətəndaş Müharibəsi zamanı hakimiyyətdə olmuş və millətin kiçik hissələrə parçalanmasının qarşısını almağı bacarmışdır.O, həmçinin Azadlıq Bəyannaməsini imzalayaraq Amerikada quldarlığa son qoymuşdur.Onun əsas xüsusiyyətləri məqsədyönlülüyü, israrçılığı, cəsarətliliyi və inamlılığı olub.

Adolf Hitler

Bütün dünyada nifrət qazanmasına baxmayaraq, Adolf Hitler tarixin ən böyük liderlərindən biri olub.1933-cü ildə Almaniyanın kansleri olduqdan sonra, o, ölkənin iqtisadi və hərbi inkişafı məsuliyyətini daşıyırdı.O, öz parlaq strategiyası və əhatəli planlaşdırma qabiliyyəti ilə 10-dan çox ölkəni işğal edib.Natiqlik və təbliğat bacarığı onu ən yaxşı liderlərdən biri edib.

Məhəmməd Peyğəmbər

Zamanın ən böyük liderlərindən biri kimi Məhəmməd Peyğəmbər İslamı Ərəbistanın daxilində və xaricində yaymağı bacarıb.Onun İslama verdiyi töhfələr sayəsində İslam sürətlə yayılmış və dünyanın ən böyük ikinci dini olmuşdur.O, cəmiyyəti mənəviyyat ətrafında birləşdirməyi və öz insanlarını ciddi təqib və pis rəftardan qorumağı bacarmışdır.O, öz ordusundan daha böyük ordulara qarşı müharibələr zamanı bir neçə dəfə müvəffəqiyyətli qələbələr əldə edib.Onun ən yaxşı liderlik xüsusiyyətləri cəsarətliliyi, problemlərə motivasiya yönümlü yanaşması, israrçılığı və qərarlılığı olmuşdur.

Mao Zedung

Mao Çin Xalq Respublikasının banisi və Çin İnqilabının lideri olub.O, İkinci Dünya Müharibəsi zamanı Yaponiya tərəfindən basqını müvəffəqiyyətlə dəf etmiş və sonralar Çin iqtisadiyyatını dünyanın ən böyük sənaye iqtisadiyyatlarından birinə çevirmişdir.Onun sayəsində Çin dünyanın ən güclü dövlətlərindən biri və ABŞ-ın potensial rəqibidir.

Nelson Mandela

Nelson Mandela Cənubi Afrikanın tamamilə demokratik səsvermə vasitəsilə seçilmiş ilk prezidentidir.Mandela, həmçinin ölkədə apertidə qarşı yönəlmiş hərəkatlarda əsas iştirakçı olmuş və bu səbəbdən uzun müddət həbsxanada qalmışdır.Bu, Mandelanı məqsədindən vaz keçirməmiş və əksinə, onu öz ölkəsini birləşdirmək üçün motivasiya etmişdir.O, 30 il həbsxanada qaldıqdan sonra azadlığa çıxmış və qarşısına qoyduğu məqsədi həyata keçirməyə nail olmuşdur.Onun əsas xüsusiyyətləri qətiyyətliliyi, israrçılığı, güclü istəyi və diqqətliliyi olmuşdur.

Yuli Sezar

Yuli Sezar dünyanın ən yaxşı hərbi və siyasi liderlərindən biri olmuşdur.O,Roma İmperiyasının genişlənməsi üçün tək məsul şəxs olmuş və bir neçə müvəffəqiyyətli qələbələr qazanmışdır.Yuli Sezar, həmçinin Roma hökümətini islah etməyə görə də məsuliyyət daşıyırdı və beləliklə, böyük imperiyanın yaradıcısı idi. Onun ən böyük xüsusiyyətləri qətiyyəti, cəsarəti, həvəsi, arzusu, opportunizmi və strateji planlaşdırması idi.

Fidel Kastro

Kastro Kuba İnqilabının lideri və daha sonra isə Kubanın Baş Naziri olmuşdur.O,həmçinin 1976-cı ildən 2008-ci ilə qədər Kubanın prezidenti vəzifəsini daşımışdır. O,bir çox böhran,basqın və sui-qəsdlərə dözmüş və onları böyük səylə aradan qaldırmışdır. Onun Kuba üçün təxminləri hələ də gündəmdədir və o, bacarıqlı lider və komandir olduğunu sübut etmişdir.Kastronun cəsarətliliyi,strategiyası,insanları tanımaq bacarığı və s. onu olduğu pilləyə yüksəltmişdir.

Uinston Çörçill

Çörçil 1940-1945-ci illərdə Britaniyanın Baş Naziri olmuş və İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasına qarşı Böyük Britaniyaya başçılıq etmişdir.O,müttəfiqləri ilə birləşmiş və beləliklə, bu, Hitlerin məğlubiyyətinə gətirib çıxarmışdır.Onun Britaniyanın Baş Naziri olduğu dövr Hitler və onun müttəfiqləri tərəfindən törədilən dağıntılar və qorxu dövrü olmuşdur.Çörçil qorxmazlığı,cəsarəti,inadcıl israrı və məqsədlərinə qarşı ölməz sədaqəti ilə tanınır.

 Tərcümə etdi: İsmayılova Nərgiz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir