Search
Technique_Texnika_Bank_New_Logo_201112

“Bank Technique” və “Lider” pul köçürmələri sistemi müştərilərə pulsuz danışıq vaxtı hədiyyə edirlər

“Bank Technique” ASC və “Lider” pul köçürmələri sistemi “Sevimlilər üçün sürpriz” adlı birgə həvəsləndirici aksiyaya start verirlər. Belə ki, Bank filiallarında “Lider” sistemi ilə pul köçürmələrini qəbul edən müştərilərə mobil rabitə sistemində danışıq vaxtı hədiyyə ediləcək.

Cari ilin mart ayının 27-dən start götürən və iki ay davam edəcək aksiya çərçivəsində, məbləğdən asılı olmayaraq, hər müştəriyə 1 AZN dəyərində danışıq vaxtı hədiyyə olaraq veriləcək.

Qeyd edək ki, 1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir. Hazırda “Bank Technique”in 32 filial və 16 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir