Search
Bill Gates

Bill Gatesin liderlik sirləri

Satışda müvəffəqiyyətli insanların liderlik sirlərini izah edən bir çox kitab var: ” Atillanın Liderlik Sirləri” , ” Çingiz Xanın Liderlik Sirləri” və s. Dövrümüzün ən əhəmiyyətli insanlarından biri və hələ də dünyanın ən zəngin insanı olan Bill Gatesin liderlik sirləri isə çox bilinmir.  Bu yazıda onun sıfırdan başlayıb dünyanın ən zəngin insanı olmasının sirlərini izah etməyə çalışacayıq.

Sirr 1 : Bir vizion sahibi olmaq. Bill Gates kiçik yaşlarından bəri kompüterin əhəmiyyətini və insan həyatında tutacağı yeri çox yaxşı qavramış bir insandır. Yaxın dostu və Microsoftun qurucu ortağı Paul Allen ilə tez-tez kompüterin inkişafı haqqında müzakirələr, müxtəlif düşüncələr aparmışlar. Bu müzakirələrin nəticəsində irəlidə hər kəsin evində və işində özünə aid bir kompüter sahibi olacağını təxmin etmişlər.

Sirr 2 : Çox işləmək. Bill Gates çox ağıllı bir insandır. Amma ağıllı olmağın tək başına kafi olmayacağını, çox çalışılması lazım olduğunu düşünür və çox çalışır. Evlənmədən əvvəl birlikdə olduğu bir qız dostundan ayrılmasının səbəbi iş xaricində keçirdiyi ümumi zamanın yalnız 7 saat olmasıdı ( yuxu daxil) . Yanından çalışan insanlardan da eynisini gözləyir.

Sirr 3 : Ağıllı işçılərlə çalışmaq. Proqram təminatı texnologiya baxımından ən uc sektorlardan biridir. Belə bir sektorda sıravi insanlarla çalışılamayacağını, ağıllı insanlarla çalışılması lazım olduğunu düşünür və şirkətinə həmişə ən ağıllı insanları almağa çalışır. Ağıllı işçi kimdir, ağıllı olduğunu necə bilmək olar kimi suallara belə cavab verir : Ağıllı insan, hər şeyin bir-bir deyilməsi lazım olmadığı bir adamdır. Microsoft işlədəcəyi ağıllı işçiləri tapmaq üçün çox araşdırma edir. Sırf işçi lazımdı deyə kimisə qəbul etmirlər. İstədikləri adamı tapmaq üçün bir vəzifəni uzun müddət boş saxladıqları olur.

Sirr 4 : işçilərə səhm vermək. Bill Gates özü də daxil olmaq üzrə işçilərinə yüksək, astronomik ödənişlər vermir. Microsoftun heç bir işçisi dünyanın ən yüksək ödənişli işçiləri siyahısına girə bilmir. Bunun yerinə ağıllı işçiləri cəlb edə bilmək üçün onlara səhm verir. Məsələn, Bill Gates  Microsoftun indiki başçısı olan Steve Ballmeri işə razı edə bilmək üçün çox böyük səhm vermişdi. Ballmer bu hissələr sayəsində indi böyük bir sərvətə sahibdir ( 10 milyard dollardan çox ). İşçilərə səhm vermək Amerikada məşhur bir tətbiq üsuludu, amma heç bir şirkətdə bu ölçüdə səhm paylanmasına rast gəlinmir.

Sirr 5 : İşçilərə dəyər vermək . Microsoft ən ağıllı insanlarla işləmək istəyir və onları itirmək istəmir. Bill Gates bir yazısında işdən ayrılan hər işçinin arxasından ” nə üçün ayrıldı, nə üçün onu təmin edə bilmədik, harada səhv etdik ” suallarını soruşduğunu söyləyirdi. Işçilər Microsoftun ən qiymətli varlıqlarıdı . Işlərinin hər anında bunu hiss edirlər. Bunun nəticəsində də Microsoftda işçi dövranı ABŞ ortalamasına görə iki qat aşağıdı.

Sirr 6 : Bazarın inkişafını təqib etmək. Tez inkişaf edən sektorda geridə qalmaq yox olmaq deməkdir. Bill Gates heç bir sahədə bazar inkişafında geridə qalmaq istəmir.Geridə qaldığı zaman öz səhvini tez başa düşüb lazımı tədbirləri görür.

Sirr 7 : Bazarın inkişafını təqib etməklə qalmayıb, bazarı formalaşdırmaq . Bill Gatesin və Microsoftun şüarı We set the standards ( standartları biz qoyarıq ). Microsoftun tarixi bu şüara uyğun gələn müxtəlif nümunələrlə doludu . Məsələn , fərdi kompüterlərdə istifadə edilən proqramlaşdırma dili mövzusunda Microsoftun məhsulu Basic bir standartdı . DOS əməliyyat sistemi və daha sonralar çıxardığı Windows əməliyyat sistemi bazardakı ən məşhur məhsullar oldu.

Sirr 8 : Təvazökar bir həyat sürmək . Rəqiblərinin demək olar hamısının xüsusi təyyarəsi, xüsusi yaxtası və s. olduğu halda Bill gates çox sadə həyat tərzi yaşayır. Xəsis deyilə biləcək qədər əli möhkəmdi . Bill Gatesə niyə təyyarəsi, yaxtası və s .olmadığını sual verdikdə belə cavab verir:  Elə yaşasam başqa cür düşünməyə başlıyaram və indikindən çox fərqli bir şəxsiyyətə sahib olaram və lazımınca çalışa bilmərəm.

Tərcümə edən: Sevinc Cahangirli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir