Search
photo_56377

Google ilə dünya muzeylərinə virtual səyahət – VİDEO

Google şirkəti Arts & Culture mobil tətbiqetməsini təqdim edib. Onun köməyilə istifadəçilər dünyanın bir sıra muzeylərinə virtual səyahət edə bilərlər.

Google Arts & Culture tətbiqetməsi incəsənət əsərlərini virtual olaraq incələməyə, ekponatlara yüksək ölçüdə baxmağa, eləcə də dünyanın məşhur muzeylərini 360 dərəcəlik panorama ekskursiyalar etməyə icazə verir. Hələlik funksiya yalnız Londonun şəkil qalereyası və Vaşinqtonun Milli incəsənət qalereyası da daxil olmaqla, 4 muzeyə ekskursiya təklif edir. Gələcəkdə tətbiqetmənin bazasında olan mədəniyyət ocaqlarının sayının artacağı planlaşdırılır.

Google Arts & Culture tətbiqetməsini iOS və Android üçün App Store və Google Play mağazalarından pulsuz yükləmək olar.

 
 EurasiaDiary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir