Search
VA

Rusiyalı milyarder Azərbaycandakı bank biznesini elə-belə tərk etmək istəmir

17 fevral tarixində Moskva şəhərində NİKOILBank-ın əsas səhmdarı “LUKOYL” neft şirkətinin Prezidenti Vahid Ələkbərovun iştirakı ilə səhmdarlarının növbəti yığıncağı keçirilib.

Bankdan verilmiş məlumata görə, yığıncaqda NİKOILBank-ın İdarə Heyətinin Sədri Vasiliy Xamaza 2015-ci il ərzində görülən və 2016-ci ildə görüləcək işlər haqqında məruzə ilə çıxış edib. Toplantının yekununda aşağıdakı qərarlar qəbul edilmişdir:

1. 2015-ci ildə Bankın fəaliyyətinin nəticələri nəzərə alınsın və 2016-cı il üçün əsas maliyyə göstəriciləri və iş planları təsdiq edilsin.

2. PWC (Price Waterhouse Coopers) auditor şirkəti ilə birlikdə Bankın 2019-ci ilə qədər strateji inkişaf planı hazırlansın.

3. Müştərilərlə hesablaşmaların fasiləsizliyini təmin etmək üçün 15 mln. ABŞ dolları həcmində ehtiyat fondu yaradılsın.

4. Bankın müasir iqtisadi şəraitə cavab verən yeni təşkilati strukturu təsdiq edilsin.

Yığıncağın gedişatında xüsusi ilə qeyd olunmuşdur ki, 2015-ci il ərzində maliyyə bazarlarının dəyişikliklərini nəzəzrə alaraq, Bank öz likvidliyini kifayət qədər yüksək səviyyədə qoruyub saxlaya bilib və müştərilərlə hesablamalarda heç bir əngəllərin yaranmasına yol verməyib. Bankın müştəri bazası 10%, müştəri hesabları üzrə əməliyyatlar isə 50% artıb ki, buda öz növbəsində müştərilərin Banka və onun əsas səhmdarına inamın artmasını ifadə edir.

Bugün NİKOILBank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir