Search
04d8421c16f0426735ce5fb856440c86_XL

Bank sistemində 100 milyon mənfəət

2014-cü ilin ilk rübündə banklar tərəfindən əldə edilmiş yekun mənfəət 100 milyon manata yaxın olmuşdur.

2014-cü ilin aprel ayının 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 43 bankdan 34-ü mənfəətlə, 9-u zərərlə işləyib. Halbuki, ötən ilin sonunda 38 bank mənfəətlə, 5-i zərərlə işləyirdi.

kreditxeber, “Marja” -ya istinad xəbər verir  ki, Mərkəzi Banka  2014-cü ilin ilk rübündə mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti 130.52 milyon manat, zərərlə işləyən banklar üzə bank sektorunun zərəri isə 30.96 milyon manat təşkil edib. Nəticədə, banklar tərəfindən əldə edilmiş yekun mənfəət 99.56 milyon manat təşkil edib, bu da ötən ilin ilk rübü ilə müqayisədə 28,4 milyon manat və ya 40% çoxdur.

Bank sisteminin zərərlə işləyən banklar üzrə zərəri ötən ilin martı ilə müqayisədə 4,5 dəfə, ötən ilin sonu ilə müqayisədə isə 6,5 artıb. Belə ki, ötən ilin martında zərərlə işləyən banklar üzrə zərər cəmi 6,92 milyon manat, ötən ilin sonunda isə 4,75 milyon manat təşkil edirdi.

Zərərlə işləyən banklar üzrə zərərin artmasına baxmayaraq, mənfəətlə işləyən bankların mənfəəti artıb, nəticədə də,  bank sisteminin yekun mənfəəti artmışdır. Mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti ötən ilin ilk rübü ilə müqayisədə  55,44 milyon manat və ya 67,1% artaraq 130.52 milyon manat təşkil etmişdir. Yəni, bəzi banklar daha çox qazanmağa, bəziləri isə daha çox zərər etməyə başlayıb.

Azərbaycanda axırıncı dəfə ən çox zərərlə bank 2012-ci ilin dekabrında fəaliyyət göstərmişdi. Həmin vaxt 10 bank zərərlə işləmişdi. 2013-cü ilin yayında isə zərərlə işləyən bankların sayı 3-ə qədər azalmışdı.

Qeyd edək ki, Azərbaycanın bank sistemi 2011-ci ili 158,99 milyon manat zərərlə, 2012-ci ili 130,01 milyon manat, 2013-cü ili isə 267.57 milyon manat mənfəətlə başa vurmuşdur. marja.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir