Search
14593447454012140416_1000x669

Rüfət Aslanlı əsas hədəfləri açıqladı

Bu gün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının ilk iclası keçirilib.

İclası giriş sözü ilə açan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı ölkənin maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradıldığını diqqətə çatdırıb.

R.Aslanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbər vəzifələrinə təyinat almış əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və dövlət başçısının etimadını doğruldacaqlarına əminliyini ifadə edib.

ƏSAS HƏDƏFİ AÇIQLADI

Sədr qlobal dünyada gedən iqtisadi proseslər kontekstində dünya maliyyə, iqtisadi böhranının Azərbaycana təsirini minimuma endirmək üçün maliyyə sektorunda aparılan institusional dəyişikliklərin əhəmiyyətindən söz açıb. Rüfət Aslanlı kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını, həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirəcək Maliyyə Bazarlarına Nəzarət Palatasının qarşısında duran hədəflər barədə məlumat verib.

Sədr Azərbaycanda müasir, qabaqcıl, mütərəqqi Avropa standartlarına uyğun olan maliyyə nəzarəti orqanı və maliyyə sektorunun formalaşmasının əsas hədəflər sırasına daxil olduğunu bildirib.

PROBLEMLƏRİN DƏRİNLİYİ VƏ MİQYASI DİAQNOSTİKA EDİLƏCƏK

R.Aslanlı Palatanın nəzarət sferasına daxil olan sektorlar üzrə problemlərin dərinliyinin və miqyasının diaqnostika edilməsi, bu sahələr üzrə müvafiq strategiya və taktikaların müəyyən olunması istiqamətində tapşırıqlarını verib.

Mənbə: Marja



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir