Search
3543_0

Audit – VAKANSİYA

NBCBank ASC

Audit şöbəsinin mütəxəssisi

Tələblər:

– Ali hüquqi təhsil
– 1 il iş təcrübəsi
– Azərbaycan Respublikasının Bank qanunvericiliyini bilmək.
– Azərbaycan Respublikasının Qanunlarını və qanunvericilik aktlarını bilmək.
– Maliyyə, audit və təhlil, Mühasibat Uçotunun Milli və Beynəlxalq Standartları, Milli və  Beynəlxalq Audit Standartları haqqında anlayış.
– Daxili nəzarət sistemlərinin və prosedurlarının yaradılmasında və qiymətləndirilməsində yüksək səviyyəli səriştə, Müşahidə aparmaq və faktların müəyyən etmək bacarığı.
– Müstəqilliyi qorumaq bacarığı.
– İnsanlarla əlaqə qurmaq bacarığı.
– Kompyuter biliklərinə malik olmaq.

Əsas vəzifə funksiyaları:

– Bankda qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və AMB-nin normativ xarakterli aktlarına və göstərişlərinə riayət olunması vəziyyətinin yoxlanılması.
– Uçot məlumatlarının adekvatlığını və düzgünlüyünü təmin etmək üçün sistem və prosedurlara nəzarət.
– Mühasibat üçotu və hesabatı sisteminin  dəqiq qurulması və onun təkmilləşdirilməsi üzrə tövsiyələr verilməsi.
– Bütün növ bank əməliyyatlarının və bank biznesində mövcud olan bütün risklərin auditinin aparılması.
– Bankda həyata keçirilən bütün əməliyyatlara gündəlik nəzarət.
– Bankın audit siyasətinin və strategiyasının müəyyənləşdirilməsində iştirak.
– Kənar audit, Milli Bank, Vergi orqanları və digər orqanlar tərəfindən həyata keçirilən yoxlamalarda yaxından iştirak.

Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov küç., 2054-cü məhəllə

Email: hr@nbcbank.az

Telefon (012) 566 46 46 ;  932  218




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir