Search
hezz kart

“Həzz Kart”-dan bayram hədiyyəsi!

AGBank “Bilik Günü” münasibəti ilə bütün “Həzz Kart” istifadəçiləri üçün yeni aksiya elan edir. Belə ki, sentyabr ayının 13-dən 19-dək “Həzz Kart” ilə 400 manatadək nağdlaşdırma əməliyyatlarını da həyata keçirmək mümkün olacaq. Bu isə o deməkdir ki, 5 günlük kampaniya çərçivəsində “Həzz Kart”-dan yalnız alış-veriş zamanı deyil, nağd pul ehtiyacınızı ödəmək üçün də istifadə edə biləcəksiniz.

3 aylıq opsiyaya uyğun olaraq nağlaşdırmanın komissiya haqqı 5% təşkil edir.

Bundan əlavə “Həzz Kart” ilə nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən “Uduşlu kupon” qazanmaq şansınız da var. Belə ki, AGBank – ın bankomatlarına 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Uduşlu kupon” 2011-ci ildə AGBank tərəfindən təsis olunan həvəsləndirici lotereya növüdür. Göstərilən tarixdən bu günə qədər bankda 160 qalib qeydə alınıb.  Hər bir plastik kart istifadəçisi AGBank-a məxsus olan bankomatlardan (ATM) manatla nağd pul çıxararkən, çıxarılan pul əskinaslarının arasında uduşlu kupona rast gələ bilər. Bu səbəbdəndir ki, digər bank istifadəçiləri də, nağd pul çıxararkən AGBank –ın bankomatlarına üstünlük verirlər.

________________________________________________________________________________________

“Həzz Kart” – AGBank tərəfindən pulsuz təqdim olunur. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. “Həzz Kart” bankın tərəfdaşları olan bütün mağaza və ticarət mərkəzlərində quraşdırılan POS-terminallar vasitəsi ilə istifadə oluna bilər.

Həzz Kart-ın tərəfdaşlar siyahısı ilə aşağıdakı linkə keçərək tanış ola bilərsiniz: http://www.agbank.az/index.php?/az/content/465/

Onu da qeyd edək ki, bankın müvafiq tərəfdaş şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi  hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslardan bankın tərəfdaş şəbəkəsi daxilində istifadə etmək mümkündür.

Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.

AGBank

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir