Search
rabitabank_123_1

“Rabitəbank”dan Gold və Platinum kartların istifadəçilərinə pulsuz xidmət

Rabitəbank ASC Gold və Platinum kartların istifadəçilərinə pulsuz xidmətlər təqdim edir.

Müştəri məmnuniyyətini daim üstün tutan Rabitəbank 1 aprel 2016 – ci il  tarixindən etibarən  bütün MasterCard Gold,  Visa Gold və MasterCard Platinum kartlarını əldə edən müştərilərinə yeni kampaniya təklif edir.

Belə ki, MasterCard  Gold və Visa Gold sahibləri – Mobil-Bankçılıq və Pin-Dəyişmə xidmətləri , MasterCard Platinum  sahibləri  isə – Mobil-Bankçılıq, Pin-Dəyişmə və SMS Nəzarət xidmətlərindən pulsuz faydalana bilərlər.

Kampaniya  2016 – cı ilin sonuna kimi davam edəcək.

Qeyd edək ki, kampaniya yalnız 1 Aprel tarixindən etibarən əldə olunan kartlara şamil olunur.

Hazırda “Rabitabank ASC”-in 22 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Onlardan 7 – si Bakı şəhərində,16-sı  isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir. Eləcə də Rabitəbank  Bakıda və regionlarda öz bankomat şəbəkəsini genişləndirməkdə davam edir. Hal-hazırda Rabitəbank 53 bankomatdan ibarət şəbəkəyə malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir