Search
telebe son

“Azər Türk Bank”dan yeni kampaniya

Azər Türk Bank “Sizinlə Gələcək” adlı yeni kampaniyaya start verib. Sosial məsuliyyəti öz fəaliyyətində ön planda tutan Bankın bu kampaniyanı həyata keçirməkdə məqsədi xarici ölkələrdə təhsil alan gənclərimizə dəstək olmaq, gələcəyimiz olan gənclərin təhsil aldıqları müddətdə onların təhsil həyatında kiçik də olsa, rol oynamaqdır. 04.07.2016-cı il tarixindən start verilmiş kampaniya çərçivəsində tələbə biletini və ya xarici universitetdə oxuduğuna dair hər hansı rəsmi sənədi təqdim edən müştəriyə pulsuz 1 illik MasterCard Standart kartı hədiyyə ediləcəkdir. Azər Türk Bank gələcəyimizin qurucuları olan gənclərimizin yanında olmaqdan sonsuz qürur duyur!

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir