Search
Qalib

“Rabitəbank” ilk qalibini mükafatlandırıb

4 Mart tarixində “Rabitəbank” ASC və “My Azerbaijan”  layihəsinin müəllifi, fotoqraf Orxan Aslanov “Səyahət sizdən, xəzinə bizdən” layihəsi çərçivəsində əməkdaşlığa başlayıblar.

Bankdan verilən məlumata görə, layihə çərçivəsində O. Aslanov və  onun ekstremal komandası yola düşərək Azərbaycanın bölgələrində xəzinə gizlədirdilər.

İştirakçılar “Rabitəbank”ın və O. Aslanovun şəxsi “Facebook” səhifəsini izləyərək, xəzinənin yerini öyrənib onu tapmağa cəhd göstərməlidirlər.

İlk xəzinə Qusar rayonunun Laza kəndində Suvar pansionatın yaxınlığında gizlədilib. Qeyd edək ki, artıq ilk xəzinəni qazanan qalib artıq müəyyənləşib və bu, Qusar rayonun 43 yaşlı sakini Mövlud Əzizovdur.

“Rabitəbank” qalibə layihədə iştirak etdiyi üçün təşəkkürünü bildirmiş və 200 manat məbləğində “Kartmane” plastik kartını təqdim edib.

Digər iştirakçıları isə məyus olmamağa çağırırıq, çünki layihə davam edir və onlar hələ də qalib gəlmək şanslarını itirməyiblər.

Növbəti xəzinənin yerini öyrənmək üçün bankın və O. Aslanovun facebook səhifələrini izləyin!

Bank bütün iştirakçılara uğurlar arzulayır!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir