Search
14527773024234648262_554x360

Hərraclarda 2 milyard dollar satıldı

Bu günə kimi Mərkəzi Bank tərəfindən təşkil edilmiş valyuta hərracları vasitəsilə banklara ümumilikdə 1,9 milyard dollardan çox valyuta satılıb.

Bunu ekspert Samir Əliyev öz facebook səhifəsində yazıb. İqtisadçı ekspert bildirib ki, vəsaitin $1,15 milyard Dövlət Neft Fondunun, 786 milyon dolları Mərkəzi Bankın payına düşüb. Ən böyük satış yanvarda olub. İlin ilk ayında ümumilikdə 1 milyarddan çox dollar satılıb. Fevralda 545 milyon, martın ilk yarısında 380 milyon dollar satılıb.

Mart ayının ilk yarısında Mərkəzi Bank ehtiyatlarını qorumağa üstünlük verib və satış həyata keçirməyib. Neft Fondu isə bu müddətdə 380 milyon dollar satıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir