Search
http_95.86.135.60_bpictures_picture149452

Pul bazamızın həcmi artıb

Azərbaycanda pul bazasının həcmi 2016-cı ilin aprel ayı ərzində 190,3 mln. manat və ya 2,9% artaraq mayın 1-nə 6 726,1 mln. manat təşkil edib.

Mərkəzi Bankın verdiyi xəbərə görə, pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 692,5 mln. manat və ya 9,33% azalıb.

Xatırladaq ki, pul bazasının həcmi 2015-ci il yanvarın 1-nə 11 541,9 mln. manat, fevralın 1-nə 10 551,0 mln. manat, martın 1-nə 9 109,9 mln. manat, aprelin 1-nə 8 339,4 mln. manat, mayın 1-nə 7 418,6 mln. manat, iyunun 1-nə 7 597,3 mln. manat, iyulun 1-nə 7 487,0 mln. manat, avqustun 1-nə 7 467,5 mln. manat, sentyabrın 1-nə 6 352,1 mln. manat, oktyabrın 1-nə 7 050,4 mln. manat, noyabrın 1-nə 7 055,9 mln. manat, dekabrın 1-nə 6 730,6 mln. manat, 2016-cı il yanvarın 1-nə 6 901,8 mln. manat, fevralın 1-nə 5 787,4 mln. manat, martın 1-nə 6 388,5 manat, aprelin 1-nə isə 6 535,8 mln. manat təşkil edib.

XXX

Mərkəzi Bankın ehtiyatları bir az da artdı

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il mayın 1-nə4 120 600 milyon dollar təşkil edib. Marja.az AMB-yə istinadən xəbər verir ki, rəsmi valyuta ehtiyatlarının həcmi aprelin 1-nə olan göstərici ilə müqayisədə 54,8 milyon dollar və ya 1,34% artıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi iləmüqayisədə azalma 896,1 milyon dollar və ya 17,9% təşkil edib. Keçən ilin eynidövrünə nisbətən isə ehtiyatlar 4 267300 dollar və ya 50% azalıb.

Mənbə: Marja



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir