Search
a6c42b47f0cd3dc89b23e8b93b53d510_XL

“PAŞA Həyat”a “Milli irs” mükafatı təqdim edilib

Mədəniyyət və Turizm Nazirliyinin və “PAŞA Həyat Sığorta” şirkətinin təşkilatçılığı, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində “18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş təntənəli bayram mərasimi keçirilib.

Tədbirdə  Mədəniyyət və Turizm Nazirliyinin və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İrs” Nəşriyyat Evinin layihəsi olan “Qobustan – minilliyin kitabı” və “Qədim qalanın yuxuları” kitablarının təqdimatı keçirilib.

Azərbaycan və ingilis dilində nəşr olunmuş kitabların layihə rəhbərləri Musa Mərcanlı və Yan Pirt nəşrlərin Azərbaycan mədəniyyətini təbliğ etmək baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər və bildiriblər ki, bu cür layihələr gələcəkdə də davam etdiriləcək.

Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə “Azərbaycanın mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərə görə” nominasiyası, “PAŞA Həyat Sığorta” ASC-yə “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası və “İrs” Beynəlxalq Azərbaycan jurnalının redaksiyasına “Azərbaycanın mədəni irsinin tədqiqindəki xidmətlərə görə” nominasiyası üzrə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs” mükafatı təqdim edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir