Search
925e51d12368f7f62229912da4b50242_XL

Bakıda Maliyyə İnnovasiyalar Forumu keçiriləcək

İyunun 4-də Bakıda “Park Inn” mehmanxanasında Maliyyə İnnovasiyalar Forumu (Azerbaijan Financial Innovation Forum 2014) keçiriləcək.

Forumda dünyanın PFS, “Saxo Bank”, APEX, CARD, “Credit Andorra Bank”, Sankt-Peterburq Birjası, “Otkrıtie” Korporasiyası kimi innovasiya, maliyyə və hüquqi sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcək.

İki günlük qlobal forumun məqsədi Azərbaycanın maliyyə bazarının inkişafı və Bakının beynəlxalq maliyyə mərkəzlərindən birinə çevrilməsindən ibarətdir. Tədbir yerli maliyyə biznesinin, həmçinin banklar və lizinq şirkətləri üçün dünya miqyasında investisiya bazarında böyük oyunçular olan şirkətlərlə ikitərəfli görüşlərin keçirilməsi üçün gözəl imkanlar yaradacaq.

Dünyanın aparıcı konsaltinq şirkəti olan “Hansa FinCon” tərəfindən təşkil olunan forumun proqramına dünya miqyasında qlobal və Azərbaycan investisiya bazarının, innovasiyalardakı investisiyaların, hedc fondlarının (Hedge fund) fəaliyyəti, vençur kapital yatırma, broker biznesi və s. müzakirələri daxildir.

Forumda Azərbaycanın aparıcı banklarının, sığorta və digər şirkətlərinin nümayəndələri iştirak edəcək.

Forum çərçivəsində özəlliklə Xəzər regionunda Privat Bankinq, HNWI premium seqmenti üçün aktivlərin idarəolunması, regionda broker xidmətlərinin irəliləyişi, holdinq şirkətləri və investisiya qurumları, “Venture Capital & Private Equity”, investisiyalar və əmlak, beynəlxalq vergi planlaşdırılması, Azərbaycanın maliyyə sektoru, AIFMD, UCITS, maliyyə planlaşdırılması, Asiya-Sakit Okean regionu, Azərbaycan bazarına çıxmaq imkanları, həmçinin Azərbaycan və Xəzəryanı şirkətlərin Avropa bazarına çıxmaq imkanları kimi aktual məsələlərə də baxılacaq.

Forumda iştirak etmək istəyən Azərbaycan şirkətləri və iştirakçılar pulsuz olaraq http://baku.fi-forum.com saytında qeydiyyatdan keçə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir