Search
taraz.az

“PAŞA Həyat Sığorta”-dan “Yaşıl ofis” layihəsi

“PAŞA Həyat Sığorta” şirkəti “Təmiz Şəhər” ASC ilə birgə kağızların təkrar emalı istiqamətində əməkdaşlığa – “Yaşıl ofis” layihəsinə başlayıb.

Sığorta şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ekoloji layihə ilə şirkətin əməkdaşları həm kağız məhsullarından istifadəni azaldacaq, həm də istifadə olunmuş makulaturanı “Təmiz Şəhər” vasitəsilə təkrar emala qaytaracaq.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, əsas məqsəd əməkdaşları kağız vərəqlərindən faydalı istifadəyə təşviq etmək və yenidən istifadəyə yaralı hala salmaqla ümumilikdə ekoloji mühiti qorumaqdır. İstifadə olunmuş lazımsız vərəqlər isə ofisdə qoyulmuş xüsusi qutulara yığılaraq tərtib olunmuş müvafiq qrafik üzrə “Təmiz Şəhər” ASC-yə təhvil veriləcək.

“Təmiz Şəhər” ASC-yə təhvil verilmiş kağız tullantılar zavodda çeşidlənir, yenidən istifadəyə hazırlanması üçün təkrar emal müəssisələrinə göndərilir.

Qeyd edək ki, dünyada “Yaşıl ofis” – müxtəlif növ idarələr üçün daxili ekoloji siyasəti inkişaf etdirmək məqsədi ilə yaradılmış xüsusi proqramlardır. Ofislərin ətraf mühitə göstərdiyi təsiri minimallaşdırmağa hədəflənən bu proqramlar ofis resurslardan səmərəli istifadəyə, işçilərin ekoloji istehlak haqqında maarifləndirilməsinə, ekoloji cəhətdən zərərsiz məhsul və xidmətlərin təklif olunmasına əsaslanır.

Xatırladaq ki, 2011-ci ildən fəaliyyətə başlayan “PAŞA Həyat Sığorta” yalnız maliyyə sahəsindəki uğurları deyil, sosial sahədə də həyata keçirdiyi layihələri ilə yadda qalıb. Şirkət korparativ sosial məsuliyyətini dərindən dərk edərək Azərbaycanı dünyaya tanıtmaq, onun zəngin tarixi mədəni irsini və müasir inkişafını dünyaya çatdırması istiqamətində bir çox layihələr həyata keçirib. Bu istiqamətdə həyata keçirilən uğulu sosial layihələrin nəticəsi olaraq, 2014-cü ildə “PAŞA Həyat Sığorta” “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası üzrə Mədəniyyət və Turizm Nazirliyinin “Milli irs” mükafatı ilə təltif edilib.

Bununla yanaşı, “PAŞA Həyat Sığorta” gənclərin uğurlu gələcəyini, onların sağlam ruhda böyüməsi üçün “Futbol və Sağlam Həyat”, “Yay Futbol Düşərgəsi” layihəsi, habelə gənclərin sığortaya olan marağını artırmaq məqsədi ilə tələbələr üçün “Sığorta və sığorta mədəniyyəti” adlı pulsuz maarifləndirici təlim layihələri, eləcə də ölkə ictimaiyyətinin geniş marağına səbəb olan, 300-dən çox HR menecerin qatıldığı “HR Forum 2015”adlı sosial yönümlü tədbiri qeyd etmək olar.

Bu kimi sosial layihələr sayəsində “PAŞA Həyat Sığorta” ictimai əhəmiyyətli qurum imicini qazana bilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir