Search
banknews

“Azər Türk Bank”-la “ASAN xidmət” arasında yeni əməkdaşlıq proqramı

“Azər Türk Bank” Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində təlim proqramı imkanı təqdim edir.

Bankdan verilən məlumata görə, “Azər Türk Bank” tərəfindən daha öncə “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərmiş gənclərə “ASAN School” könüllülük məktəbi çərçivəsində təlim keçməsi nəzərdə tutulub. Təlim proqramı sizə bankçılıqla əlaqədar müxtəlif təlimlərdə iştirak etmək və daha sonra imtahandan uğurla keçərək “Azər Türk Bank”da iş təcrübəsi qazanmaq imkanı yaradacaq. “Azər Türk Bank”da əldə olunmuş təcrübə, könüllülərin “ASAN School” könüllülük məktəbinin “ASAN Kadr” karyera mərkəzi vasitəsi ilə gələcək karyera yüksəlişində mühüm əhəmiyyət kəsb edəcək.

Səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsus olan “Azər Türk Bank”ın bu proqramı həyata keçirməkdə məqsədi, korporativ sosial məsuliyyətin düzgün şəkildə idarə olunması, bank tərəfindən ölkəmizin gənclərinə faydalı dəstəyin verilməsidir.

APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir