Search
demirbank-logo-yeni_07102010

“DəmirBank” biznes kreditlərində faiz dərəcələrini aşağı saldı

 “DəmirBank” biznes kreditləri üzrə faiz dərəcələrini aşağı salıb. Artıq “DəmirBank”a müraciət edən müştərilər 100 min manatadək biznes kreditlərini 4%-dək illik faiz dərəcəsi endirimi ilə əldə edə bilərlər.

 Qeyd edək ki, “DəmirBank” mikro və kiçik biznes kreditləşdirilməsini genişləndirərək sahibkarlara sərfəli şərtlərlə kreditlər təklif edir. Bu günədək istehsal, ticarət, xidmət, kənd təsərrüfatı və bu kimi digər sahələrdə fəaliyyət göstərən minlərlə sahibkar “DəmirBank”ın mikro və kiçik biznes kreditlərindən istifadə edib.

”DəmirBank” müxtəlif beynəlxalq maliyyə təşkilatları, eləcə də mikro və kiçik kreditlər üzrə ixtisaslaşmış şirkətlərlə geniş əməkdaşlıq edir. Bu proqramlar üzrə cəlb edilmiş vəsaitlər də Azərbaycanda sahibkarlara kreditlərin verilməsinə yönəldilir. “DəmirBank” həmçinin sahibkarlığın kreditləşdirilməsi üzrə dövlət proqramına əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kreditlər verir.

”DəmirBank” müştərilərə həmçinin digər növ biznes, istehlak və ipoteka kreditlərini təklif edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir