Search
1451296702489804902_1000x669

Ötən il metronun bu stansiyalarında tikinti işləri görülmüşdü

2015-ci ildə Bakı Metropoliteninin inkişafına 460 mln. manat məbləğində investisiya qoyulub ki, bu da 2014-cü ilin göstəricisindən 20,7% çoxdur. Bu barədə Azərbaycan hökumətindən məlumat verilib.

“Vəsaitlər metropolitenin mövcud şəbəkəsinin genişləndirilməsi üzrə “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” və “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində aparılan tikinti işlərinə yönəldilib”, – deyə hökumətdən bildirilib.

Bu vəsaitlər hesabına “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisi başa çatdırılıb, “Avtovağzal”, “Memar Əcəmi-2” stansiyalarında tikinti-quraşdırma işləri, inzibati bina, “Dərnəgül” elektrik deposunun emalatxanalarının tikintisi və digər işlər həyata keçirilib.

2015-ci ildə Bakı Metropoliteni tərəfindən 222 mln. nəfər sərnişin daşınıb ki, bu da 2014-cü ilin göstəricisindən 3% çoxdur.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 2 xətt və 23 stansiyadan ibarətdir. Metronun inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi çərçivəsində 2030-cu ilə qədər Bakıda stansiyaların ümumi sayı 76-ya, metro xətlərinin ümumi uzunluğu 109 kilometrə çatdırılacaq.

Mənbə: “İnterfaks-Azərbaycan”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir