Search
298599_480916

Metroda gediş haqqı arta bilər

Tarif Şurasının qərarı ilə bu gündən bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Qiymət artımı ilə bir sıra məhsulların və xidmətlərin bahalaşması gözlənilir.

Qiymət artımı nəqliyyat sektorundan başlaya bilər. İlk olaraq metroda gediş haqqının bahalaşacağı gözlənilir.

Bakı Metropoliteninin mərbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, indi bu məsələ aktual deyil: “Bakı Metropoliteni gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib. Ümumiyyətlə, hələlik bu məsələ müzakirə edilmir”.

Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir