Search
196963_480913

Bakı metrosunda Azərbaycan filmləri – FOTO

Azərbaycan Dövlət Film Fondunun dəstəyi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Metro Gallery” adlı layihə çərçivəsində metronun “Gənclik” stansiyasının keçidlərində bu gün Azərbaycan kino tarixində özünəməxsusluğu ilə seçilən filmlərdən ibarət fotoların nümayişi keçirilib.

Tədbirdə çıxış edən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, sərgidə ümumilikdə 92 əsər nümayiş olunur: “Onlardan 57-i filmlərdən kadrlar, qalanı isə kadr arxasında olan fotolardır. Layihə metropolitenin təklifi ilə Lenovo şirkətinin sponsorluğu ilə reallaşdırılıb. Sərgi “Gənclik” stansiyasnın hər iki keçidində 6 ay müddətində nümayiş olunacaq. Avqustun 2-də Azərbaycanda kino günüdür. Həmin vaxta qədər də sərgi davam edəcək”.

Sərgidə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Arif Mərdanov, xidmət şöbəsinin rəisi Lala Babayeva, həmçinin Dövlət Film Fondunun əməkdaşları, o cümlədən tanınmış rejissorlar, operator Kənan Məmmədov, həmçinin aktyor Şamil Süleymanov iştirak ediblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir