Search
10881

Ödəniş etmək üçün internetə gərək qalmadı

Azərbaycanın onlayn ödəmələr bazarının böyük şirkətlərindən olan “GoldenPay” ASC  lite.hesab.az USSD sistemini istifadəyə verib.

Hesab.az portalının yeni vizual görünüşünün təqdimat mərasimində şirkətin rəhbəri Fərid İsmayılzadə bildirib ki, bu sistem internet olmadan Bakcell və Nar abunəçilərinə hesab.az-dan istifadə etmək imkanı verir:

“lite.hesab.az-da qeydiyyatdan keçmiş Bakcell və Nar abunəçiləri *713# yığmaqla USSD menyudan istifadə edərək rahat şəkildə ödənişlərini edə bilərlər”.

Qeyd edək ki, dünəndən etibarən istifadəçilər Hesab.az portalının yeni dizaynından istifadə edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir