Search
summer_talks_in

“Nar”dan “Yay söhbətləri” kampaniyası

Bu yay iki nömrə ilə pulsuz və limitsiz danış!

2 sevimli Nar nömrəni seç və onlarla bütün yay limitsiz danış!

Nar abunəçiləri yay ərzində “Yay söhbətləri” kampaniyasına qoşula və yaxınlarıyla balansı düşünmədən ünsiyyətdə ola bilərlər.

“Yay söhbətləri” nədir?

“Yay söhbətləri” – Nar abunəçiləri üçün yaradılmış və onların 2 sevimli Nar nömrə ilə pulsuz və limitsiz ünsiyyətdə olmağı üçün nəzərdə tutulmuş xüsusi kampaniyadır.

“Yay söhbətləri”-nə kimlər qoşula bilər?

Kampaniyadan Azərbaycan Respublikası ərazisində yaşayan və bu tariflərə qoşulmuş Nar abunəçiləri yararlana bilər: Unikal, Saniyə, 3-ü 1-də, Sənin 3-ün, Yerlim, Ölkəm, 0, Super 0, Bumeranq.

“Yay söhbətləri” kampaniyasında qiymətlər necədir?

●    Kampaniyadan istifadənin aylıq ödənişi 2.5 AZN təşkil edir.
●    Seçdiyiniz nömrənin aktivasiyası 0.40 AZN-dir. İkinci nömrənin qoşulması pulsuzdur.
●    Nömrənin dəyişilməsi 0.90 AZN təşkil edir.
●    Kampaniyaya qoşulmayan Nar nömrələr və digər operator nömrələri ilə səsli/video zənglərin bir dəqiqəsinin qiyməti cari tarif əsasında hesablanacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir