Search
vtb12

İdarə Heyətində kadr dəyişikliyi etdi

“Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinə yeni təyinat olub. “Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasının qərarı ilə Okayev Oqor Anatolyeviç bankın İdarə Heyətinin sədr müavini təyin edilib. O, həm də Korporativ biznesin inkişafı departamentinin direktorudur.

İqor Okayev Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakultəsinin bakalavriat və maqistraturasını bitirib. Bank sahəsində 2003-cü ildən çalışır. Son bir neçə ili İ.Okayev “Unibank”ın korporativ müştərilərlə iş üzrə departamentinə rəhbərlik edib, eləcə də kredit komitəsinin sədri və icra komitəsinin üzvü olub. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir