Search
vacancy-600x315

“Nurgün Holding” Göyçay filialında VAKANSİYA

“Nurgün Holding”  maliyyə meneceri (GÖYÇAY) vəzifəsinə işçi axtarır. Ali təhsilli (Maliyyə və mühasibatlıq sahəsi üzrə), bu sahədə iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi aprel ayının 1-dir.

Namizədə dair tələblər:

• Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
• İş təcrübəsi;
• Beynəlxalq mühasibatlıq və maliyyə standartlarını bilməli;
• Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
• Təhlil aparmaq bacarığı;
• İnkişafa meyilli;
• Ciddi, məsuliyyətli, dəqiq olmalı;
• Yaş həddi 25-35 arası

Vəzifə öhdəlikləri haqqında məlumat

• Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
• Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
• Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
• Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.

Müraciət etmək istəyənlər mövzu qismində vakansiyanın adını qeyd etməklə CV-lərini hr@nurgun.az elektron ünvanına göndərə bilərlər. Şəkilsiz CV-lərə baxılmır.

Telefon:(+99412) 447-96-43

E-mail: hr@nurgun.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir