Search
article-2695741-1FB69DFE00000578-876_634x400 (1)

Hər 100 dollar 135-145 manata dəyişdirilib

Adətən, Novruz bayramı günlərində Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Xüsusilə, qonşu İrandan Azərbaycana istirahətə gələnlərin sayı kəskin artır. Ölkəmizə gələn turistlərin bir çoxunun narazı şəkildə öz ölkələrinə qayıtdığı bildirilir. Səbəb bayram günlərində əksər bankların filiallarının işləməməsi səbəbindən xarici valyutanı manata çevirə bilməmələridir.

Bu ilin əvvəlindən valyutadəyişmə məntəqələrinin fəaliyyəti dayandırılıb. Xarici valyutanı yalnız bankların filiallarında satıb-almaq olar. Şahidlərin verdiyi məlumata görə, aldığı xidmətin və malların dəyərini manatla ödəyə bilməyən xarici turistlər çox qəzəbləniblər. Belə bir vəziyyətdə təbii ki, “qara bazar” yaranıb və turislərin  hər 100 dolları 135-145 manata dəyişdirilib.

Mərkəzi Bank bayramdan əvvəl təşkil edilmiş sonuncu hərrac zamanı bankların dollara təlabatının təklifdən az olduğunu açıqlamış və USD/AZN məzənnəsini aşağı salmışdı. Digər tərəfdən banklar xərclərinə qənaət etmək üçün Şənbə və bayram günləri fəaliyyət göstərməyi dayandırıblar.

Mütəxəssislər bildirirlər ki, Türkiyədə teror hadisələri artdığından turistlər alternativ ölkə axtarışındadırlar. Həmçinin manat dollar qarşısında kəskin ucuzlaşdıqdan sonra  Azərbaycana səyahət etmək daha sərfəli olub. Belə bir şəraitdə, valyuta mübadiləsi fəaliyyətinin düzgün qurulmaması və buna görə turistlərin ölkələrinə narazı qayıtmaları yolverilməzdir. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir