Search
yat

Trilyon dollarlıq selfi

Amerikanın ən böyük şirkət və brendlərinin baş direktorları “Walmart” ictimai cavabdehlik layihəsi çərçivəsind bir yerə toplaşıblar.

 

ANS PRESS-in verdiyi xəbərə görə, hadisəni mediatik edən bu şəxslərin selfi çəkdirərək paylaşması olub.

 

Cins, dil, irq, din, fikir müxtəlifliyi və maddi imkanlara baxılmadan bütün dünyada yayılmış selfi modası bu dəfə digərlərindən xeyli fərqli olub.

 

Belə ki, bu selfidə şəkil çəkdirən rəhbərlərin təmsil etdiyi şirkətlərin pul dövriyyəsinin ümumi həcmi 1 trilyon dollara çatır.

 

Selfidə olan direktor və təmsil etdikləri şirkətlərin pul dövriyyəsi:

 

1. Con Brayant – “Kellogg”: 24.1 milyard dollar.

2. Duq Mak Millon – “Walmart”: 257.4 milyard dollar.

3. A.Q. Lafli – “PG”: 224.4 milyard dollar.

4. Kis Kruytoff – “Unilever”: 72.6 milyard dollar.

5. Hyu Qrant – “Monsanto”: 58 milyard dollar.

6. İndra Nuyi – “PepsiCo”: 131 milyard dollar.

7. Deniz Morrison – “Campbell”: 14.3 milyard dollar.

8. Roberto Markes – “J-J”: 287 milyard dollar.

 

Cəmi 1 trilyon 68 milyard 800 milyon dollar.

 


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir