Search
Nikoil Bank

“Nikoil Bank” paytaxtda filial şəbəkəsini genişləndirir.

“Nikoil Bank” Bakının Ü.Hacibəyov küç. 27 ünvanında yeni filial açıb.

 Açılış mərasimində bankın İdarə Heyətinin sədri Vasili Xamaza və Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak edib.

 Açılış mərasimində  çıxış edən V. Xamaza istənilən satış nöqtəsinin uğurunun onun komandasından asılı olduğunu qeyd edib. Onun sözlərinə görə, filialın cari ili mənfəətlə başa vurması heç kəsdə şübhə doğurmur.

 Yeni filial əsasən komissiya xidmətlərinin göstərilməsi üzrə ixtisaslanacaq. “Əlbəttə filial bizim həyata keçirdiyimiz əməliyyatların həm pərakəndə biznes, həm də korporativ biznes üzrə bütün növlərini təqdim edəcək. Lakin filial gəlirlərinin əsas hissəsini hesab-kassa xidmətinin komissiya əməliyyatlarından alacaq”, – deyə V. Xamaza qeyd edib.

 Öz növbəsində V. Doroxin Azərbaycanda Rusiya biznesinin, əsasən də bank sektoru kimi vacib sahəsinin yüksək inkişaf tempini və möhkəmlənməsini qeyd edib. Onun sözlərinə görə, sevindirici haldır ki, “Nikoil Bank” mənfəətlə fəaliyyət göstərir və xeyriyyə aksiyaları keçirir.

 Beləliklə, bank həm Bakıda, həm də ölkəmizin bölgələrindəki satış nöqtələrinin sayını 20-yə çatdırdı.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir