Search

Əhalinin banklardakı əmanətləri cüzi artıb

Vətəndaşların banklara daha az vəsait qoyması mərkəzi bankın son qərarları ilə əlaqəlidir

2014-cü ilin iyun ayının 1-nə banklarda əhalinin əmanətlərinin miqdarı 6 milyard 643 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, ilin əvvəlindən əhalinin əmanətləri 247,2 milyon manat və ya 3,8 faiz artıb. Halbuki, 2013-cü ilin ilk 5 ayı ərzində banklarda əhalinin əmanətləri 778,1 milyon manat və ya 15,2 faiz artıb.
Apreldə əhalinin əmanətləri 86,4 milyon manat azalıb. Mayda isə əmanətlər artım tempini bərpa edərək 73,1 milyon manat artıb.
Mütəxəssislər, əhalinin banklara daha az əmanət qoymağa başlamasına, 1 avqust 2013-cü il tarixindən Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12 faizdən 10 faizə, bu ilin may ayının 19-dan isə 10 faiz-dən 9 faiz-ə endirməsinin səbəb olduğunu söyləyirlər.
Mərkəzi Bank bu yaxınlarda əmanətlərin azalması ilə əlaqədar bildirib ki, depozitlərin dinamikası iqtisadi tsikldən, mövsümi amillər və digər səbəblərdən asılı olaraq əmanətçilərin fərdi davranışındakı dəyişiklikdən təsirlənir.
Cari ilin aprel ayı ərzində depozitlərin həcmində müşahidə olunmuş azalma sistem xarakteri daşımayıb və may ayında bankların depozitlərinin həcmi bərpa olunub, aprel ayındakı azalmanı üstələyib.

ucnoqte.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir