Search
Nikoil-bank-280x280

“Nikoil Bank”ın İdarə Heyətində dəyişiklik baş verib

Bankın  İdarə Heyətinin  (İH) sədr müavini vəzifəsində çalışan Sergey Savelyev və İH-nin üzvü Fazil Hüseynovun bankdakı fəaliyyətlərinə xitam verilib.

Qeyd edək ki, artıq  İH-nin sədr müavini vəzifəsinə Fərhad Hacınski,  İH-nin üzvü vəzifəsinə  isə Sergey Xmurin  təyin ediliblər.

Xatırladaq ki, F. Hacınski daha öncə “Caspian İnternational İnvestment Company” şirkətində, “KredoAqro” bank olmayan kredit təşkilatında Müşahidə Şurasının üzvü və “Rabitəbank” ASC-nin İH-nin sədr müavini vəzifələrində çalışıb.  İH-nin üzvü Sergey Xmurin isə N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində təhsil almışdır.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir