Search
14638373144828115636_1000x669

Rəsmi internet səhifəsi ilin ən uğurlu veb-saytı seçildi

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinin rəsmi internet səhifəsi www.shahdag.az saytı “NETTY 2016” Azərbaycan Milli İnternet Mükafatı müsabiqəsində “Azərbaycan” nominasiyası üzrə ilin ən uğurlu veb-saytı seçilib.

Nazirlikdən bildirilib ki, müsabiqə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilib. İlboyu fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin rəsmi internet səhifəsi www.shahdag.az saytında müvafiq olaraq iki rejim – yay və qış rejimləri mövcuddur.

Saytda turizm mərkəzinin layihəsi, planları, mərkəzdəki hotellər, əyləncə xidmətləri, kanat yolları, restoran və kafelər, sağlamlıq və digər xidmətlər haqqında ətraflı məlumat almaq, həmçinin veb-kameralar vasitəsilə Şahdağ yamaclarını izləmək, 360 dərəcəlik virtual turlar əsasında otellərlə tanış olmaq mümkündür. Bununla yanaşı, saytda otellərin, xizək abunə kartının, xizək məktəbinin və təlimçilərinin, eləcə də müxtəlif xidmətlərin onlayn bronlaşdırılması və ödəniş edilməsi xidmətləri də təklif olunur.

Sayt 3 dildə – Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.

Mənbə: Azərtac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir