Search
w704

Susuzluq problemi üçün alternativ həll yolu: İçiləbilən kitab

Cənubi Afrika, Qana və Banqladeş kimi təmiz içmə suyunun çətin tapıldığı ölkələrdə aparılan sınaqlar “içiləbilən kitab” adlı cihazın təmiz suyu təmin etməkdə müvəffəqiyyət göstərdiyini, bir səhifənin 100 litr suyu təmizlədiyini ortaya çıxardı. Bu da həmin bölgələrin susuzluq probleminin həlli üçün atılmış ən yaxşı addımlardan biri hesab olunur.

“İçiləbilən kitab” normal bir kitab kimi görünür və içində suyun niyə süzülməli olduğunu və bunun necə mümkün olduğu ilə bağlı məlumatlar yer alır. Ancaq bu kitabın hər bir səhifəsini süzgəc olaraq istifadə etmək mümkündür. Kitabın səhifələrində suda olan bakteriyaları öldürən gümüş və mis nano-partikullar var və suyu da məhz bunlar təmizləyir.

w704 (2)

Mütəxəsislər, bu kitab səhifələrini Qana, Banqladeş və Cənubi Afrikada 25 çirkli su qaynağını dezinfeksiya etmək üçün istifadə etdiklərini və apardıqları testlərdə suda olan bakteriyaların 99 faizinin mis və gümüş parçacıqları tərəfindən öldürüldüyünü gördüklərini açıqlayıblar.

w704 (3)

Tədqiqatçılar içiləbilən kitabın səhifələrinin süzdüyü suyun içinə bəzi gümüş və mis partikulları düşürdüyünü, ancaq bunun ” insan sağlamlığını təhdid edəcək dərəcədə çox miqdarda olmadığını” və bu formada süzülmüş suyun ən az ABŞ’dakı kran suyu qədər təmiz olduğunu iddia edirlər.

Səhifənin 100 litr suyu təmizlədiyini və bir kitabın normal bir insanın 4 illik su ehtiyacını təmizləyə biləcəyini açıqlandı.

w704 (1)

McGill və Virginia Universitetlərindən bu elmi kəşfi ortaya çıxardan komandanın rəhbəri Dr. Terri Dankoviç eksperimentlərin nəticələrini American Chemical Society’nin Bostonda edilən 250. Beynəlxalq Konqresdə açıqladı.

w704 (4)w704 (5)w704 (6)

Mənbə: Pahoo.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir