Search
photo_35562

Nəyə görə ağlayırıq?

Hər bir gözün yuxarı kənar küncündə təxminən badam boyda olan göz yaşı vəziləri var. Onlar daim göz yaşı “hazırlayır” və gözlərə axıdırlar. Hər dəfə göz qırpılanda az miqdarda göz yaşı axaraq, gözlərimizi yuyur və nəmləndirir. Bəzi hallarda – məsələn, gözə toz düşəndə, göz yaşlarının axması da artır.
Biz güləndə üz əzələlərinin innervasiyası baş verir. Yəni üz  əzələlərini idarə edən “üçlü sinir” ilə ötürülən impulslar həm də göz yaşı vəzinə təsir edir və nəticədə göz yaşı axır.
Ağlayan zaman  gözdən axan yaşın mexanizmi isə başqadır.
Göz yaşlarının tərkibi əsasən sudan, yağdan, duzdan və natrium bikarbonatdan (soda) ibarətdir. Ona görə də göz yaşının dadı şor olur. Bədəndən artıq duzları çıxarmaq stressi yüngülləşdirən amildir. Biz güclü emosiyalar keçirəndə orqanizm stress hormonları ifraz edir. Onlar göz yaşının tərkibində xüsusilə çox olurlar. Biz ağlamaqla həmin maddələri orqanizmdən kənar edirik.
Gözümüzdən yaş axdıqca həmin stress hormonları bədəndən çıxır və biz sakitləşirik. Ona görə də, ağlayıb qurtarandan sonra insan sanki yenilənir, özünü rahat və təmiz hiss edir. Bu, aldadıcı hiss deyil – axı orqanizm doğrudan da təmizlənib. Buna görə də, əslində göz yaşlarının axması insana xeyirlidir.
Mütəxəssislər ağlamağın faydalarını açıqlayıblar.
AĞLAMAĞIN FAYDALARI NƏLƏRDİR ?
* Günümüzdə ən çox rast gəlinən stressdən ağlamaqla can qurtarmaq mümkündür. Ağlamaq insanı rahatlaşdırmaqla bərabər, hormon balansının tənzimlənməsinə yardım edərək, stressi yox edir.
* Ağlayan insanlarda tibbi xəstəliklərə az rast gəlinir. Çünki çox zaman belə deyirlər: “Içinə atmaqdan xəstələndi”. Əgər üzüntünüzü içinizə atmadan, ağlamaqla üzə çıxarsanız, “dərd sahibi” olmazsınız.
* Kədərləndikdə ağlayan insanların qəlb damarları genişlənir. Gözyaşı tökdüyümüzdə qəlb daha az sıxışır və ürək xəstəlikləri risqi azalır.
* Kədərləndiyi zaman ağlayan insan rahatlaşar və rahat şəkildə yuxuya gedər.
* Əsəbi olduğu zaman qan təzyiqi yüksələn  insanlar ağladıqda təzyiqləri normallaşır. Deməli,  göz yaşı təzyiqə də müsbət təsir göstərir.
* Əgər sıxıntılı olduğunda iştahası açılıb, çox yemək yeyənlərdənsinizsə, ağlamaq sizə də yaxşı təsir edəcək. Çünki ağlayan insan daha az yemək yeyir.
* Çox ağlayan insanlarda göz quruluğundan şikayət olmur. Göz quruluğunun qarşısı göz yaşıyla alınır.
* Ağlayarkən ətrafınızdakı insanlar başınıza toplaşar və siz nə qədər sevildiyinizi, güvəndə olduğunuzu hiss edərsiniz.
AĞLAMAĞIN ZƏRƏRLƏRİ NƏLƏRDİR?
Ağlamanın zərərləri ancaq gözlərinizin qızarması və şişməsi ola bilər. Bu da keçici bir təsirdir və tez bir zamanda keçər. Əgər gözləriniz çox qızarmış və şişmişsə ilıq çay kompresi edə bilərsiniz. Kişilər isə “Heç kişi də ağlayarmı?” sözünə əhəmiyyət verməsə daha yaxşıdır. Bunu öz sağlamlığınız üçün etməlisiniz.
Bir şeyi heç unutmayın ki, insan dünyaya ağlayaraq gəlib. Gülməyi daha sonra öyrənib. Demək ki, insan təbiətinin ən təbii hadisəsidir ağlamaq.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir