Search
mb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini aşağı saldı

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Bankdan kreditxəbərə verilən məlumata görə, iclasda qeyd olunub ki, cari ilin birinci rübündə milli iqtisadiyyatda artım prosesləri davam edib, qeyri-neft sektoru iqtisadi artımın əsas mənbəyi olub. Ölkənin əlverişli xarici iqtisadi mövqeyi qorunub saxlanıb, strateji valyuta ehtiyatları artmaqda davam edib. Makroiqtisadi sabitlik möhkəmlənib, inflyasiyanın daha da azalması müşahidə olunub, orta illik inflyasiya rüb ərzində cəmi 2% təşkil edib. Manatın məzənnəsinin sabitliyi makroiqtisadi sabitliyin qorunmasında mühüm rol oynamaqdadır.

İnflyasiyanın aşağı səviyyədə olmasını nəzərə alaraq qeyri-neft sektorunda investisiya fəallığının daha da artmasına və milli iqtisadiyyatın şaxələnməsinə zəruri dəstək vermək, habelə faiz dərəcələrinin enməsinin davamlılığına şərait yaratmaq məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə endirilməsi barədə qərar qəbul edib.

Eyni zamanda, faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 7%-dən 6%-ə, aşağı həddi isə 1%-dən 0.5%-ə endirilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir